AZ

“Atamın vəziyyəti yaxşılığa doğru gedir” - Arif Babayevin oğlu - Yenilənib

Xalq artisti Arif Babayevin vəziyyəti ağırdır.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Mərkəzi Klinikanın İnformasiya Mərkəzindən bildirilib.

“Xəstə Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya müraciət edib. Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam edir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, 87 yaşlı xanəndə ötən gün Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinikaya təxliyə olunub.

***

Arif Babayevin vəziyyəti stabildir.

Bunu sorğumuza cavab olaraq Xalq artistinin oğlu Yaşar Babayev bildirib.

"Hazırda vəziyyəti stabildir, yavaş-yavaş yaxşılığa doğru gedir. Həkimlərin nəzarəti altındadır. Bu gün bir az irəliləyiş var, çox sevinmişik", - deyə o bildirib.

Nuranə Daxilqızı

Seçilən
43
4
qafqazinfo.az

10Mənbələr