AZ

Məktəblilərimiz Beynəlxalq Fizika Olimpiadasında 1 gümüş və 2 bürünc medal qazanıblar

Bakı, 25 iyul, AZƏRTAC

Fransanın paytaxtı Paris şəhərində keçirilmiş Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2025) məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nəzəri və praktiki turlardan ibarət olan olimpiadada Azərbaycan məktəbliləri 1 gümüş, 2 bürünc medal və 2 həvəsləndirici mükafat əldə ediblər. Kaspi liseyinin XI sinif şagirdi İbrahim Valehli gümüş medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Selcan Süleymanlı və Bakı şəhəri Texniki humanitar liseyinin X sinif şagirdi Məhəmməd Cəfərli bürünc medala, Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və təbiət elmləri liseyinin X sinif şagirdi Zeynəb Məhəmmədli və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Murad Xəlil olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.

 

Seçilən
69
10
azertag.az

10Mənbələr