AZ

Arif Babayevin vəziyyəti açıqlandı

Xalq artisti Arif Babayevin səhhətindəki son vəziyyət açıqlanıb.Metbuat.az xəbər verir ki, Xalq artistinin oğlu Yaşar Babayev Teleqraf-a atasının səhhətində müsbət dinamika müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, Arif Babayevin xəstəxananın reanimasiya şöbəsində müalicəsi davam edir: "Vəziyyəti stabildir. Şükür Allaha, səhhətində yaxşılığa doğru irəliləyiş var".

Qeyd edək ki, Arif Babayev ötən gün Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsindən Təcili Tibbi Yardım maşını ilə Bakıya, Mərkəzi Kinik Xəstəxanaya gətirilib.

Seçilən
91
2
metbuat.az

3Mənbələr