AZ

Türkiyədə bələdiyyə sədri faciəli şəkildə öldü

Türkiyənin Yozqat vilayətinin Yenifakılı şəhərinin bələdiyyə sədri Musa Sarıaslan yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, MHP-dən seçilən Musa Sarıaslanın xidməti avtomobili yoldan çıxaraq tarlaya girib.

Hadisə yerinə gələn həkim heyəti bələdiyyə başçısının öldüyünü qeydə alıblar.

Seçilən
112
6
modern.az

10Mənbələr