AZ

Çin super güclü lazer silahları üçün ən böyük BGSe kristalı yaradıb

Bakı. Trend:

Çin alimləri lazer istehsalı üçün istifadə edilən BGSe (bariumselenoqalat) adlı dünyanın ən böyük kristalını yaradıblar.

Trend “SouthChina Morning Post” nəşrinə istinadən xəbər verir ki, bu, Yerorbitində peykləri vura bilən super güclü lazer silahınınyaradılmasına imkan verir.

Məlumata görə, istehsal texnologiyası Çin Elmlər AkademiyasınınHayfey Fizika Elmləri İnstitutunda hazırlanıb. Diametri 60millimetr olan sintetik kristal qısa dalğalı infraqırmızı şüalarıeffektiv şəkildə orta və uzaq infraqırmızı şüalara çevirir.

Qəzet onun yaradıcıları qrupunun rəhbəri, professor Vu Haysindənsitat gətirir: “Bu kristal indiyədək dünyada qeydə alınan ən böyüknümunədir”.

Nəşr qeyd edir ki, kristalın hər kvadrat santimetrə 550 meqavataqədər lazer şüalanma gücünə tab gətirə bilməsi xüsusilə vacibdirki, bu da mövcud hərbi dərəcəli kristalların zədələnmə həddindənyüksək miqyasdadır.

Çinli ekspertlər hesab edirlər ki, bu cür kristallardan tibbidiaqnostika avadanlığında, raketlərin izlənilməsində, habelətəyyarələrin identifikasiya edilməsində ultra həssas infraqırmızısistemlər yaratmaq üçün də istifadə etmək olar.

Seçilən
76
2
az.trend.az

3Mənbələr