Azərbaycanla İsrailin əməkdaşlığı regional bir gücə çevrilə bilər.
APA xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik fəaliyyətinin yekunlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, “bu cür sərt qonşuluqda Azərbaycanın bu qədər inkişaf etməsi ölkə üçün şərəfli haldır”.
“Azərbaycan da İsrail kimi sərt qonşuluqda yaşayır”, – diplomat əlavə edib.
Corc Dik qeyd edib ki, əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanda xalq onu çox mehriban şəkildə qarşılayıb: “Bu məni çox təəccübləndirdi. İsraildən kənarda yəhudilərin yaşadığı dünyada yeganə kənd məhz Azərbaycanda yerləşir”.
O, Azərbaycan mətbəxi üçün çox darıxacağını da bildirib.