Yazını böyüt
Yazını kiçilt
Rusiyanın Saratov şəhərində 10 mərtəbəli yaşayış binasında qaz partlayışı baş verib və daha sonra bina uçub.
Hafta.az xəbər verir ki, bu barədə TASS-a Rusiya fövqəladə hallar xidmətlərindən məlumat verilib.
Məlumata görə, hadisə nəticəsində üç nəfər ölüb və dağıntılar altında insanların qala biləcəyi ehtimal edilir. Rusiya Fövqəladə Hallar Nazirliyi üç nəfərin öldüyünü təsdiqləyib.
Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyirlər.