Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə lisenziyası ləğv edilən “Günay Bank” ASC-nin vergi borcu yaranıb.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, ASC-nin hazırda vergiyə olan borcu 43 min manat təşkil edir.
Qeyd edək ki, rəsmi məlumatlarda ASC-nin qanuni təmsilçisi kimi Piriyev Tural Qüdərt oğludur.
Tural Piriyev hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorudur.
Xatırladaq ki, “GünayBank” ASC-nin lisenziyası 2023-cü ildə ləğv olunub. Bankın sahibləri Mahmud Məmmədov və Yeganə Şirinova idi.