Ağdam rayonu Gülablı kəndi ərazisində başlayan yanğın Xocavənd rayonu ərazisinə keçib.
Missiya.Az "Report"-a istinadən xəbər verir ki, ötən gün Gülablı kəndində başlayan yanğın geniş əraziyə yayılaraq Xocavənd rayonu Mirikənd kəndi ərazisinə keçib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-in Ağdam, Ağcabədi, Yevlax, Xankəndi rayonlarından 7 yanğınsöndürən olmaqla, 80 nəfər şəxsi heyət və 2 helikopter cəlb olunub.