AZ

Dövlət bankının İdarə Heyətinə təyinat

Ülvi Yusifov dövlət bankı "Azər-Türk Bank" ASC-nin (ATB) İdarə Heyətinə yeni üzv seçilib.

Karyerasına 2008-ci ildən Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayan Ülvi Yusifov daha sonra bank sektorunda müxtəlif sahələrdə çalışıb. 2017-ci ildən “Bank of Baku”da departament direktoru, 2022-ci ildə isə “Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini və baş maliyyə inzibatçısı təyin edilmişdi.

Qeyd edək ki, Ülvi Yusifov 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti maliyyə və kredit üzrə bakalavr, 2008-2010-ci illərdə Qafqaz Universitetində maliyyə və kredit üzrə magistr, 2011-2012-ci illərdə ABŞ-ın Villiams Kollecində iqtisadi siyasət üzrə magistr, 2019-2022-ci illərdə ABŞ-ın Harvard Universitetində menecment üzrə magistr dərəcəsi alıb.

Ülvi YusifovÜlvi YusifovAzər-Türk-Bank İdarə Heyətiüzv
Seçilən
47
marja.az

1Mənbələr