AZ

Qarabağda güclü yanğınlar başlayıb

Qarabağda

Ağdam rayonunun Gülablı, Abdal və Xocavənd rayonunun Sos kəndləri istiqamətində açıq ərazidə yanğınlar başlayıb

Reyting.az
bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Məlumata görə, yanğın Xocavənd rayonu Mirikənd kəndi ərazisinə keçib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam, Ağcabədi, Yevlax, Xankəndi rayonlarından 7 yanğınsöndürən olmaqla, 80 nəfər şəxsi heyət və 2 helikopter cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Reyting.az-ın yerli sakinlərdən aldığı məlumata görə, bir neçə gün əvvəl Füzuli rayonunun Qacar kəndi istiqamətində başlayan yanğın qonşu Xocavənd rayonunun digər ərazilərində davam edir.

Əlavə məlumat veriləcək.
Seçilən
38
1
reyting.az

10Mənbələr