AZ

İpoteka Fondunun nizamnamə kapitalı artırıldı - Fərman

İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində dəyişiklik edilib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Dəyişikliyə əsasən, Fondun nizamnamə kapitalı 85 milyon manat və ya 8 % artırılaraq 1 milyard 68 milyon 400 min manatdan 1 milyard 153 milyon 400 min manata çatdırılıb.

Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir.

Fonda bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Seçilən
52
4
hurriyyet.az

5Mənbələr