AZ

“Xankəndi” FK ev oyunlarını Xankəndidə keçirmək istəyir – Nazirliyə rəsmi müraciət

“Xankəndi” Futbol Klubu yeni mövsümdə ev oyunlarını Xankəndi şəhər stadionunda keçirmək məqsədilə Gənclər və İdman naziri Fərid Qayıbova rəsmi müraciət ünvanlayıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

"Qısa müddətdə azarkeşlərin rəğbətini qazanan və ölkə mediasının diqqətini cəlb edən klub ötən mövsüm Region Liqasının qalibi olaraq İkinci Liqada iştirak hüququ qazanıb. Hazırda komandamız ev oyunlarını Şamaxı Olimpiya İdman Kompleksində keçirir. Lakin klub rəhbərliyi qarşıdan gələn mövsümdən etibarən matçların doğma Xankəndidə təşkil olunmasını əsas hədəflərdən biri kimi müəyyən edib.

Məsələ ilə bağlı yayılan açıqlamada bildirilir ki, Xankəndidə yerləşən Qarabağ Universitetinin müəllim və tələbə heyətinin təşəbbüsü ilə klubun Fan Klubu yaradılıb. Onlar doğma komandalarını yaşadıqları şəhərdə görmək istədiklərini böyük coşqu ilə ifadə ediblər.

Klub nümayəndələrinin sözlərinə görə, Prezident İlham Əliyevin idmana və azad edilmiş ərazilərdə futbolun inkişafına göstərdiyi diqqət və atdığı mühüm addımlar bu təşəbbüsə olan inamı daha da artırır.

İnanırıq ki, yaxın gələcəkdə ev oyunlarımızı azarkeşlərimizin önündə – Xankəndidə keçirmək imkanı əldə edəcəyik”, – deyə klubun müraciətində vurğulanır.

Seçilən
65
operativmedia.az

1Mənbələr