AZ

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı - FƏRMAN

Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə bağlı fərman imzalayıb.
Sherg.az xəbər verir ki, fərmana əsasən, Fondun nizamnamə kapitalı 1 milyard 68 milyon 400 min manatdan 1 milyard 153 milyon 400 min manata çatdırılıb. Artım məbləği olan 85 milyon manat 2025-ci il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçiriləcək.

Qeyd edək ki, bu qərarın icrası “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı Prezidentin 2024-cü il 27 dekabr tarixli fərmanında nəzərdə tutulan vəsaitlər çərçivəsində maliyyələşdiriləcək.

Müvafiq olaraq, Maliyyə Nazirliyinə bu vəsaitin ayrılması tapşırılıb.

Fond bu fərmandan irəli gələn məsələlərin icrasını təmin edəcək.
Seçilən
64
1
sherg.az

2Mənbələr