Yay turizm mövsümü ilə əlaqədar olaraq vətəndaşların istirahət zonalarına axını nəzərə alınaraq, çimərlik və istirahət mərkəzlərində sərbəst və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əraziləri çirkləndirməmək və təhlükəsizlik qaydalarına riayət etməklə bağlı vətəndaşlarla maarifləndirici söhbətlər aparılır.
Həmçinin istirahətə gələn vətəndaşlara çimərliklərdə insanların sıx olduğu yerlərdə müxtəlif növ nəqliyyat vasitələri idarə etmələrinin yolverilməz olduğu, bu halların digər şəxslərin həyatı üçün təhlükə yaratdığı izah edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.