AZ

Əkrəm İmamoğlu həbsdən xəstəxanaya aparılıb - "Zülmü unutmayacağıq"

Dörd aydır İstanbulda Silivri həbsxanasında saxlanılan şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun səhhətində problem yaranıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün o, təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

CHP İstanbul təşkilatının sədri Özgür Çelik faktə təsdiq edib: "125 gündür Silivridə haqsız yerə həbsdə olan Əkrəm bəzi səhhətində problem olduğu üçün xəstəxanada müayinədən keçib. Sağlamdır, narahat olmayın, hamınıza salamlarını çatdırır. Bu haqsız zülmü unutmayacağıq və səbrimizlə aşacağıq!".

Firudin Səfərli
MİA.AZ

Seçilən
80
3
mia.az

4Mənbələr