AZ

"2016-cı ildə 'Yuventus'a keçməyə bir addım qalmışdı, amma..."

"Zenit"in sabiq futbolçusu, hazırda azad agent statusunda olan Aksel Vitsel 2016-cı ildə İtaliyanın "Yuventus" klubuna keçidinin son anda baş tutmamasından danışıb.

90deqiqe.Az xəbər verir ki, belçikalı futbolçunun sözlərinə görə, transfer pəncərəsinin son günündə o, tibbi müayinədən keçib, lakin "Zenit" razılıq vermədiyi üçün keçid baş tutmayıb:

"Transfer pəncərəsinin son günündə Turin şəhərində, klubun qərargahında tibbi müayinədən keçdim və 'Zenit'dən təsdiq gözləyirdim. Ancaq həmin axşam klub transferi blokladı. O vaxt 'Yuventus'un baş məşqçisi olan və indi 'Milan'ı çalışdıran Alleqri, mənim komandada olmağımı istəyirdi".

Vitsel həmçinin vurğulayıb ki, hələ də yüksək səviyyədə çıxış etməyə qadirdir:

"Xüsusi bir üstünlük verdiyim klub yoxdur, amma bilirəm ki, həm meydanda, həm də paltardəyişmə otağında komandama çox şey verə bilərəm". 

 

36 yaşlı futbolçu daha əvvəl “Standard”, “Benfika”, “Zenit”, Çin təmsilçisi “Tianjin Quanjian” və “Borussiya Dortmund” klublarında çıxış edib.

Seçilən
35
90deqiqe.az

1Mənbələr