AZ

Sabirabadda 20 yaşlı gənc su kanalında boğulub

Sabirabad rayonunun Qaragüney kəndi ərazisində 20 yaşlı gənc su kanalında boğulub.

AzEdu.az xəbər verir ki, suda boğulan Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Səfərağa Elşən oğlu Musayevdir.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Hazırda axtarış işləri aparılır.

Seçilən
3
2
azedu.az

3Mənbələr