Uzun müddət keçməyən əzələ və sümük ağrılarının səbəbi kalsium balansının pozulması ola bilər.
Yenisabah.az xəbər verir ki, bu barədə türkiyəli daxili xəstəliklər üzrə mütəxəssis Dr. Ayça Kaya məlumat verib. Onun sözlərinə görə, kalsium təkcə sümük sağlamlığı üçün deyil, həm də sinir sistemi və əzələlərin funksiyası üçün həyati əhəmiyyət daşıyır.
Dr. Kaya bildirib ki, kalsium çatışmazlığı bədəndə müxtəlif problemlərə yol aça bilər: pizza
“Əgər insanın kalsium səviyyəsi normadan aşağıdırsa, bu zaman əzələ ağrıları, yuxusuzluq, əsəbilik, diş və dırnaq zəifliyi, saç tökülməsi və hətta ürək ritm pozğunluqları müşahidə edilə bilər”.
Mütəxəssis vurğulayıb ki, kalsium yalnız qidalanma ilə deyil, həm də D vitamini səviyyəsi ilə sıx əlaqəlidir. D vitamini çatışmadıqda, orqanizm qəbul edilən kalsiumu da effektiv mənimsəyə bilmir.
“Xüsusilə qadınlarda və yaşlı insanlarda kalsium balansının qorunması çox vacibdir. Əgər davamlı ağrılar, əzələ spazmları və ümumi halsızlıq hiss olunursa, mütləq qan analizləri ilə kalsium səviyyəsi yoxlanmalıdır”.
Dr. Ayça Kaya həmçinin kalsiumun təkcə süd məhsullarında deyil, göyərtilərdə, badamda, susamda və balıqda da bol olduğunu xatırladıb.
Rəvan Rzazadə
Telegram kanalımız