Məşhur qapıçı "Qalatasaray"ın hədəfində
"Qalatasaray" "Paris Saint-Germain" qapıçısı Canluici Donnarumma üçün transfer təklifi etməyi planlaşdırır.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fransa nəhəngi PSJ-də Canluici Donnarumma ilə müqavilənin yenilənməsi danışıqları dalana dirənib.
"Qalatasaray" bu vəziyyətdən yararlanmağı hədəfləyir.