Rusiyada hündürmərtəbəli binada baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb.
APA Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
***
13:57
Rusiyada hündürmərtəbəli binada güclü partlayış baş verib.
APA Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Saratovda qeydə alınıb.
Partlayışın təbii qaz sızmasından baş verdiyi bildirilir.
Partlayış nəticəsində üç nəfər, o cümlədən bir uşaq ölüb.
Xilasedicilər dağıntılar altından 10 yaralını çıxarıblar.
Sakinlər təxliyə edilib.