AZ

“Erkən uşaqlıq dövründə inkişaf” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Xocavənd rayonunda “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin icrasını davam etdirir.

25.07.2025- ci il tarixində Füzuli rayonunda Peşə məktəbində “Nümunəvi valideynlik İnstitutu” layihəsi çərçivəsində “Erkən uşaqlıq dövründə inkişaf” mövzusunda dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü Füzuli Rayon İcra Hakimiyyətinin İctimai -siyasi və humanitar məsələlər üzrə şöbənin Baş eksperti Xalisə Məmmədova açdı. O qonaqları təqdim etdi və sözü  layihə rəhbərinə verdi. Layihə rəhbəri Ş.Dadaşzadə layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihənin məqsədlərini açıqladı. O bildirdi ki,  EUDİ sonsuz imkanlar dövrüdür. Valideynlər bu dövrdən düzgün istifadə etməlidir”.

Ekspert S.Məmmədova “Uşağın 1000 günü və Nümunəvi  Valideynlik” mövzusunda çıxış edərək valideynlərin, himayədarların və qəyyumların uşaq həyatının ilk illərində, xüsusi ilə mayalanmadan 3 yaşa qədər olan dövrdə qayğı ilə təmin edilməsinin vacibliyindən danışdı. Psixoloq N.Vəliməmmədova nümunəvi valideynlikdən, Fiziki inkişafdan, Sağlamlıq və  təhlükəsizlikdən, erkən yaş dövründə təhsilin əhəmiyyətindən ətraflı danışdı.

Daha sonra müzakirələr oldu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar. Tədbirdə həmçinin 0-8 yaş arası uşaqların inkişafında rol alan aidiyyəti qurumların regional koordinasiyası və qurulacaq Nümunəvi Valideynlik İnstitutuna valideynlərin cəlb olunması mövzusunda fikir mübadiləsi aparıldı.

Ş. Dadaşova Füzuli rayon İcra Hakimiyyəti başçısı cənab Alı Alıyevə, Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar xanım Eyvazovaya, Baş məsləhətçi Xalisə Məmmədovaya, Baş məsləhətçi Coşğun Hətəmzadəyə və Peşə məktəbinin direktoru Səminə Nuriyevaya  tədbirin keçirilməsinə dəstəyinə görə təşəkkür etdi .

İştirakçılardan X.Məmmədova, H.Aysel, C.Şərifə və digərləri  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər.

Tədbirdə 23 nəfər  iştirak etdi. Sonda xatirə şəkili çəkildi.

AzPost.az

Seçilən
31
6
azpost.info

7Mənbələr