23 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "EMBAFİNANS" QSC-nin 2 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 31.07.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: BOKT "EMBAFİNANS" QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2015020608
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu / forması: Kütləvi / Birqiymətli Hərrac
İstiqrazların sayı: 2000 (ədəd)
İlkin ticarət qiyməti: 1000 AZN
İstiqrazların buraxılış həcmi: 2 000 000 AZN
İllik gəlirlilik faizi: 13%
Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 12 (on iki) ay müddətində hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti: 12 ay
Ticarətə buraxılma tarixi: 31.07.2025
Anderrayter: “ABB-İnvest İnvestisiya Şirkəti” QSC