Suriyada PKK/YPG qruplaşması ilə hökumət qüvvələri arasında savaş başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Suriyada özünü Suriya Demokratik Qüüvvəlıri kimi təqdim edən PKK/YPG ilə Dəməşq hökuməti arasında gərginlik artır.
Bu yaxınlarda bir hökumət rəsmisi PKK/YPG-nin müstəqil fəaliyyətinə son verilməsi tələbini səsləndirməsindən sonra gərginlik daha da böyüyüb: "Bu gün isə PKK/YPG qüvvələri Hələbin Mənbic şəhərinin cənubundakı Rəkkaya bağlı olan Deyr Hafir bölgəsində Suriya ordusunun 11 əsgərini "tələ"yə salaraq girov götürülüb".
Tahir Şəlvəli
MİA.AZ