Sabah səhər saatlarından başlayaraq iyulun 27-si axşam saatlarına qədər Bakıda bəzi ünvanlarda yol təmir işləri aparılacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Nəqliyyat vasitələrinin hərəkəti qismən və tam olmaqla məhdudlaşdırılacaq. Marqarita pizza
O cümlədən:
- Rəşid Behbudov küçəsində (Dilarə Əliyeva küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək);
- Əbdürrəhim bəy Haqverdiyev küçəsində (Mətbuat prospektindən İnşaatçılar prospektinədək);
- Məmməd Araz küçəsində (Azadlıq prospektindən Atatürk prospektinədək).
- Ziya Bünyadov prospektində (Əlişir Nəvai küçəsindən Xutor tunelinə qədər);
- Babək prospektinin yan yolu və dairədə (maşın bazarının qarşısı);
- Dadaş Bünyadzadə küçəsində (Əsəd Əhmədov küçəsindən Məhəmməd Xiyabani küçəsinədək olan hissəsi).
Bununla yanaşı, Binəqədi rayonu, Eldar Babayev küçəsində (Rəşid Məmmədov küçəsindən Ziya Bünyadov prospektinə qədər) və Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində (157 saylı marşrutun yolu) aparılacaq əsaslı təmir işləri ilə bağlı olaraq sözügedən ərazilərdə sabah saat 08:00-dan başlayaraq nəqliyyat vasitələrinin hərəkəti fasilələrlə tam məhdudlaşdırılacaq.
Telegram kanalımız