Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və amerikalı həmkarları Vladimir Putin və Donald Trampla İstanbulda Ukrayna üzrə liderlərin görüşünün mümkünlüyü barədə telefonla danışmağı planlaşdırdığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
"Biz bu həftə Putin və Trampla liderlərin görüşünün İstanbulda keçirilməsi imkanlarını müzakirə etmək üçün danışıqlar apara bilərik. Biz bunun üçün çalışacağıq", - o bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan onun tapşırığına əsasən Çırağan sarayında keçirilən danışıqlarda iştirak edib.