Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiya Silahlı Qüvvələrinin Xarkovda yerləşən Vərəm Dispanserinə havadan endirdiyi zərbə nəticəsində biri uşaq olmaqla 17 nəfər xəsarət alıb.
Redaktor.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Xarkov vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən bildirib.
"Son məlumatlara görə, həkimlər 17 nəfərə, o cümlədən 12 yaşlı qıza tibbi yardım göstəriblər", - o qeyd edib.
O.Sinequbov dəqiqləşdirib ki, zədələnmiş tibb müəssisəsinin əməkdaşı xəstəxanadadır. Digər xəsarət alanlara yerində lazımi yardım göstərilib, onlar xəstəxanaya yerləşdirilməyiblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.