"Karvan" növbəti transferini həyata keçirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yevlax təmsilçis Elvin Yunuszadə ilə 1 illik müqavilə imzalayıb.
32 yaşlı mərkəz müdafiəçisi son olaraq “Qəbələ”nin formasını geyinib.
Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq "Karvan" bunadək Eltun Turabov ("Turan Tovuz"), Süleyman Əhmədov (son klubu "Səbail"), Araz Abdullayev ("Qaradağ-Lökbatan"), David Oliveira Silva (son klubu “Zabbar”, Malta) ,Kyle Spence (Son klubu “Coleraine”, Şimali İrlandiya), Gavi Thompson (son klubu“Sportinq Lagos”, Nigeriya) və Olavale Doeni ("Plato Yunayted", Nigeriya) sıralarına qatıb.