Rusiyanın paytaxtı Moskvada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus olan və neft məhsullarının daşınmasını həyata keçirən "Railgo" şirkətinin ofisində axtarışların aparılması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
Moderator.az xəbər verir ki, bu barədə iş adamı öz videomüraciətində bildirib.
O qeyd edib ki, şirkətin ofisində heç bir axtarış aparılmayıb.
Xəlilovun sözlərinə görə, "Railgo" öz fəaliyyətini adi iş rejimində davam etdirir.
17:40
Rusiyanın paytaxtı Moskvada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus olan və neft məhsullarının daşınmasını həyata keçirən "Railgo" şirkətinin ofisində axtarışlar aparılıb.
Moderator.az bu barədə Mash.ru-ya istinadən xəbər verir.
Qeyd olunur ki, şirkətin Moskvanın Lujniki rayonundakı ofisinə gələn xüsusi təyinatlılar və müstəntiqlər orada sənədləri müsadirə ediblər.
Hələlik hadisənin digər təfərrüatları məlum deyil.