AZ

ABŞ kəşfiyyatı HƏRƏKƏTƏ KEÇDİ - Bu lideri devirmək istəyirlər

Braziliya kəşfiyyatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ( MKİ ) prezident Luiz İnasio Lula da Silvaya qarşı çevriliş hazırladığını bildirib.

News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə "Vero Notícias" Braziliya kəşfiyyat xidmətindəki mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, Braziliyanın keçmiş lideri Jair Bolsonaronun 2022-ci ilin sonunda Lula da Silvaya qarşı Vaşinqton tərəfindən dəstəklənən çevriliş cəhdinə görə məhkəməsi getdikcə daha çox siyasi motivli təqib kimi təsvir olunur.

Adı açıqlanmayan braziliyalı diplomatlar bildiriblər ki, ABŞ-ın respublikadan gələn mallara 50% rüsum tətbiq etməsi iqtisadiyyatı zəiflətmək və ölkədə sabitliyi pozmaq məqsədi daşıya bilər.

İyulun 19-da Lula da Silva bildirib ki, ABŞ-ın digər ölkələrin daxili işlərinə qarışması onların suverenliyini və qarşılıqlı hörmət beynəlxalq prinsiplərini pozur.

Bu bəyanata səbəb ABŞ-ın Braziliya Federal Ali Məhkəməsinin hakimlərinə tətbiq etdiyi viza məhdudiyyəti olub. Sanskiyalar 2022-ci ilin sonunda dövlət çevrilişinə cəhddə ittiham olunan keçmiş prezident Jair Bolsonaro ilə bağlı davam edən istintaqla bağlıdır.


Seçilən
68
2
news24.az

3Mənbələr