AZ

Azərbaycan millisinin üzvü “Araz-Naxçıvan”a keçib

“Araz-Naxçıvan” yeni transferini reallaşdırıb.

AZƏRTAC xəbər verir ki, Naxçıvan klubu mərkəz müdafiəçisi Rahil Məmmədovla anlaşıb. 29 yaşlı futbolçu ilə müqavilənin müddəti 1 ildir. R.Məmmədov müxtəlif illərdə “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib. Müdafiəçi Azərbaycan milli komandasının üzvüdür.

Seçilən
46
13
yeniazerbaycan.com

10Mənbələr