Goranboyda iki qadın bıçaqlanaraq qətlə yetirilib.
Xezerxeber.az-ın məlumatına görə, 1978-ci il təvəllüdlü Lalə İsmayılova və onun anası, 1948-ci il təvəllüdlü Tamella İsmayılova öldürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı S. Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.
Qətlə yetirilən Tamella İsmayılovanın digər qızı Sahilə İsmayılova bildirib ki, bacısı həyat yoldaşından ayrıldıqdan sonra anası ilə bir evdə yaşayırmış. Öldürülən Lalə İsmayılovanın 2 uşağı isə atası ilə qalırmış. Mərhumun böyük övladı gecə saatlarında anası ilə nənəsinin yaşadığı mənzilə gələrək hadisəni törədib.
Goranboy Rayon Prokurorluğundan verilən məlumata görə, iyulun 25-də saat 02 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.