QUBADLI, 25 İyul. TELEQRAF
Qubadlıda beton qaldıran maşın aşıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hərəkətdə olan "MAN" markalı Pompa idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza zamanı xəsarət alan olmasa da ağır tonnajlı avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.