AZ

Tovuz şəhər stadionunun ot örtüyü dəyişdirilir - FOTO

Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işlərinə start verilib.

Bizim.Media xəbər verir ki, süni örtük söküldükdən sonra drenaj və suvarma sisteminin quraşdırılması işləri həyata keçiriləcək.

Bundan sonra torpaq hissəsinin yerləşdirilməsinə və müasir standartlara cavab verən təbii ot örtüyünün salınmasına başlanacaq. İşlərin oktyabr ayının sonuna kimi tamamlanması nəzərdə tutulub.

Eyni zamanda Abulbəyli kəndi ərazisində, Tovuz çayının kənarında “Huner Group” tərəfindən alınmış torpaq sahəsində süni ot örtüklü meydançanın salınmasına da başlanılıb.


Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
103
19
bizim.media

10Mənbələr