AZ

Starmer: Fələstin dövlətinin tanınması daha geniş planın tərkib hissəsi olmalıdır

Fələstin dövlətinin tanınması fələstinlilər və israillilər üçün dayanıqlı təhlükəsizliyi təmin edən daha geniş planın tərkib hissəsi olmalıdır.

Operativ Media xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.

O, sülhün əldə olunması üçün lazım olan addımlar barədə müttəfiqlərlə işlədiyini söyləyib.

"Fələstin dövlətinin tanınması bu addımlardan biri olmalıdır. Bu, mənim birmənalı fikrimdir. Lakin bu, son nəticədə İsrail-Fələstin münaqişəsinin "İki xalq üçün iki dövlət" prinsipi ilə həllinə, eləcə də fələstinlilər və israillilər üçün davamlı təhlükəsizliyə gətirib çıxaran daha geniş planın tərkib hissəsi olmalıdır," - o, Fransa və Almaniya liderləri ilə danışdıqdan sonra verdiyi bəyanatda bildirib.

Xatırladaq ki, ötən gün Fransa Prezidenti Emmanuel Makron Fələstinin müstəqilliyini tanıyacaqlarını bəyan etmişdi.

O bildirmişdi ki, BMT Baş Assambleyasının sentyabrda keçiriləcək toplantısında bu qərarı rəsmən elan edəcək.

Seçilən
27
2
operativmedia.az

2Mənbələr