AZ

KİV: Trampın reytinqi sabit qalır

İdxal rüsumlarının tətbiqinə, maliyyəçi Cefri Epşteynin məhkəmə işinə, vergi və xərclər haqqında qanuna baxmayaraq, ABŞ Prezidenti Donald Trampın reytinqi sabit səviyyədə qalır.

Bakues.az xəbər verir ki, “Wall Street Journal” qəzetinin keçirdiyi sorğunun nəticələri bunu göstərir.

Qəzetin məlumatına görə, sorğuda iştirak edənlərin 46%-i Trampın işini bəyənir, 52%-i isə bəyənmir. Bildirilir ki, reytinq aprel ayından indiyədək sabit qalıb.

Tramp partiyadaşları arasında yüksək etimadı qoruyub saxlayır – Respublikaçılar Partiyasına səs verən seçicilərin 88%-i onun işi haqqında müsbət fikirdədir. Bununla yanaşı, sorğuda iştirak edənlərin 51%-i ABŞ iqtisadiyyatındakı vəziyyəti mənfi qiymətləndirir.

Qeyd edək ki, sorğu 1500 nəfər ABŞ seçicisi arasında keçirilib.

Seçilən
67
1
icma.az

2Mənbələr