Husilər İsraildə dörd hədəfə raket və üç pilotsuz uçuş aparatı (PUA) ilə zərbələr endirdiklərini açıqlayıb.
APA xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Saria məlumat yayəb.
Onun sözlərinə görə, husilər Eylat, Aşkelon və Xadera şəhərlərindəki “vacib hədəflərə” hücum həyata keçiriblər.
Saria iddia edib ki, bütün əməliyyatlar “öz məqsədinə çatıb”.