AZ

Vaxt yaxınlaşdıqca işlərin sürəti artır

Məlum olduğu kimi, sentyabrda keçiriləcək III MDB Oyunlarının əsas ünvanı Gəncə olacaq. Bununla əlaqədar olaraq şəhərdə genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. 

Bu çərçivədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulduğu prospekt və küçələrinə yeni asfalt qatı döşənir. Hazırda asfaltlanma işləri Nizami Gəncəvi prospektində, Əlövsət Məmmədov, Əli Quliyev küçələrində, Mikayıl Müşfiq və Cavad xan küçələrinin döngə və dalanlarında, həmçinin Muxtar Hacıyev küçəsinin səkilərində aparılır. Bununla yanaşı, Nizami və Atatürk prospektlərinin kəsişməsində çökmə baş verən yol sahə təmir olunur.

Həyata keçirilən bu və digər işlərin, o cümlədən şəhərin infrastrukturunun yenilənməsi, nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin olunmasının beynəlxalq idman tədbirinə yüksək səviyyədə evsahibliyi edilməsi üçün mühüm əhəmiyyəti var.

“Azərbaycan”

Seçilən
31
azerbaijan-news.az

1Mənbələr