Yazını böyüt
Yazını kiçilt
Naxçıvan şəhərində su xəttində qəza baş verib.
Hafta.az xəbər verir ki, qəza şəhər ərazisindən keçən diametri 355 millimetr olan magistral su kəmərində qeydə alınıb.
Hadisə baş verdikdən dərhal sonra Naxçıvan Şəhər Sukanal İdarəsinin əməkdaşları tərəfindən qəzanın təsir dairəsi müəyyən edilib və Qaraxanbəyli, Qaraçuq, Bulqan kəndlərinin su təchizatı operativ şəkildə dayandırılıb.
Qəza-bərpa briqadaları tərəfindən hadisə yerində təmir-bərpa işlərinə başlanılıb. Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində bütün texniki resurslar səfərbər olunub.
Hazırda həmin 3 kəndin su təchizatının bərpası üçün işlər davam edir.