AZ

Sumqayıtda ağır qəzada üç nəfər YARALANDI

Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Sfera.az report-a istinadən xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.
 

“Kia” və “AzSamand” markalı avtomobillər toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.


Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosuna məlumat verilib ki, 25 iyul 2025-ci il tarixində 3 kişi Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub.
 

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Seçilən
48
9
sfera.az

10Mənbələr