AZ

Ukrayna Stavropola hücum etdi

Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna Silahlı Qüvvələrinin (AFU) kamikadze pilotsuz təyyarələri Stavropola hücum edib.Turkustan.az xəbər verir ki, məlumatı Mash Telegram kanalı yayıb.

Ən azı dörd pilotsuz uçuş aparatı (PUA) Mixaylovsk istiqamətindən uçarkən görüntülənib. Yerli sakinlər “Ağ şəhər” yaşayış kompleksinin ərazisində aşağı hündürlükdə obyektlər gördüklərini yazırlar.

Stavropolun sənaye zonasında partlayış səsləri eşidilib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Hadisə ilə bağlı rəsmi məlumat açıqlanmayıb.Xatırladaq ki, iyulun 24-nə keçən gecə Ukrayna Krasnodar diyarına zərbə endirib. Soçiyə və Sirius federal ərazisinə kütləvi şəkildə hücum edilib, neft anbarı vurulub./Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
4
icma.az

5Mənbələr