İllər əvvəl ekran işində "ölən" obraz "Arka Sokaklar"a qayıdır.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Birsen Altuntaş məlumat yayıb.
Onun dediyinə görə uzunömürlü kriminal serialın 20-ci mövsümündə tamaşaçıları nostalji yaşadacaq sürpriz qayıdış olacaq. Rıza Baba obrazının (Zafer Ergin) kürəkəni Ali Akdoğan rolunu canlandıran Alp Korkmaz illər sonra yenidən seriala qayıdır. Bundan əvvəl Şevket Çoruh və Oya Okar da geri dönməklə tamaşaçıları sevindirmişdi.
2006-cı ildən efirdə olan "Arka Sokaklar" serialının 20-ci mövsüm çəkilişlərinə avqustun ikinci həftəsində start veriləcəyi gözlənilir.