BAKI, 26 iyul. TELEQRAF
Türkiyənin iki hərbçisi yüksək hərarət səbəbindən vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, İsgəndərunda 7 əsgər yüksək hərarətlə müalicə olunub.
Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.
"Yüksək hərarət səbəbindən Semih Ərdoğan və Halit Karaman şəhidlik zirvəsinə ucalıblar", - deyə məlumatda deyilir.