AZ

“Humanizm” düşərgəsində görüş keçirildi - Video

“Humanizm” düşərgəsində yol hərəkəti təhlükəsizliyinə həsr olunan görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, panel müzakirəyə dəvət olunan DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Mübariz Ağayev moped, eləcə də skuter tipli kiçik elektrik nəqliyyat vasitələrindən istifadəyə dair tələblər, gənclərin yol hərəkəti zamanı üzləşdikləri risklərin azaldılması və bu sahədə həyata keçirilən maarifləndirmə, təbliğat-təşviqat işləri barədə iştirakçılara geniş məlumat verib.

Müzakirələrdə yol hərəkəti təhlükəsizliyinin təbliğində gənclərin mühüm rol oynaması xüsusi vurğulanıb.

Diskussiya şəraitində keçən görüşdə iştirakçıların sualları cavablandırılıb, təkliflər dinlənilib.

Seçilən
18
2
qafqazinfo.az

3Mənbələr