AZ

“Musa və Nəriman... dünyanın ən təhlükəsiz hücum xətti...” – “İmarət” qınadı, narazılar dilə gəldi

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi üçün açıqladığı iştirak ərizəsində yalnız üç hücumçunun – Musa Qurbanlının, Nəriman Axundzadənini və Emmanuel Addainin adının olduğunu xəbər vermişdik.

“Football-plus.az”ın məlumatına görə, “Qarabağ”ın mötəbər turnirdə belə hücum xəttiylə çıxış etmək niyyətində olması azarkeşlərini ümidsizliyə düçar edib. Bu barədə “İmarət” Azarkeş Qrupunun “facebook”dakı sosial şəbəkə hesabında paylaşım edilib:
“Qarabağ” hücumçu transfer etməyə gecikir. Nə Nəriman, nə Musa, nə də Addai “Qarabağ”ın Avropa arenasında keçirəcəyi oyunlarda yükün altından çıxacaq futbolçudu”.
Paylaşım futbolsevərlər tərəfindən yüzlərlə bəyənmə, onlarla rəy alıb. Tərəfdarların bəzi fikirlərini diqqətinizə çatdırırıq.

Əli İsmayılov: “Musa və Nəriman... dünyanın ən təhlükəsiz hücum xətti...”
Arzuman İsmayılov: “Musa “Qarabağ”ın səviyyəsinə uyğun hücumçu deyil”.
Elşan Hüseynov: “Görünür, “Qarabağ” gizli 9 nömrə taktikasıyla oynacaq. Qol ümidimiz yarımmüdafiəçilər olacaq”.
“sava dark”: “Nərimanla Musa öz yerində. Addai sonuncu yoxlama oyununda qaçmırdı, yeriyirdi”.

KƏNAN BAHADIR
Seçilən
82
1
football-plus.az

2Mənbələr