Ağdərə rayonunun Talış kəndi ərazisində boşluq sahədə başlayan yanğın davam edir.
APA-nın yerli bürosunun xəbərinə görə, yanğınsöndürmə tədbirlərinə FHN-nin yanğınsöndürən briqadaları və aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
APA-nın əməkdaşı yanğının söndürülmə prosesini helikopterdən müşahidə edib və lentə alıb.
***
10:52
Ağdərə rayonunda daha bir istiqamətdə yanğınlar başlayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Talış kəndi ərazisində boşluq sahədə yanğınlar başlayıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları, həmçinin aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
Yanğının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.


