AZ

“Real” Vinisiusu satır?

“Real” rəhbərliyi futbolçusu Vinisius Junioru satmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi 25 yaşlı hücumçunu 2026-cı ildə satmaq variantını nəzərdən keçirir. Klub 2027-ci ilin iyununda başa çatacaq müqavilənin uzadılması ilə bağlı forvardla razılaşa bilmir.

Danışıqlar nəticə verməsə, “kral klubu” 2026-cı ildən gec olmayaraq braziliyalı futbolçunu satmağa çalışacaq.

Qeyd edək ki, Vinisius 2018-ci ildən “Real”da oynayır.

 

Seçilən
47
3
idmanxeber.az

4Mənbələr