AZ

Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürüb

Abşeron Olimpiya İdman Kompleksində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Avropa Cüdo Ümidləri Turniri və kodokan mütəxəssislərinin texniki sessiyaları start götürüb.

Apasport.az xəbər verir ki, beynəlxalq yarışda 12 ölkəni təmsil edən 88 klubun 436 idmançısı (364 oğlan, 72 qız) mübarizə aparır.

U-13 və U-15 yaş kateqoriyalarında keçirilən turnirdə 33 çəki dərəcəsində qaliblər və mükafatçılar müəyyənləşəcək.

Yarış klublar arasında keçirilir və qazanılan mükafatlar iştirakçı klubların aktivinə yazılacaq.

Texniki sessiyalara Avropa çempionu, dünya çempionatının gümüş medalçısı serbiyalı Aleksandar Kukoly və yaponiyalı kodokan mütəxəssisi, dünya çempionatının mükafatçısı Tokuno Kazuhiko rəhbərlik edirlər.

Zəngin təcrübəyə malik bu təlimçilər turnir iştirakçılarına unikal bilik və bacarıqlar təqdim edərək onların inkişafına töhfə verirlər.

Cüdoçumuz EYOF-da bürünc medal qazanıb - FOTO

Məhəmməd Ağakişiyev erməni rəqibinə ipponla qalib gəlib

Qubada region məşqçiləri üçün seminar təşkil olunub

Cüdoçularımızın "Böyük Dəbilqə" turnirindəki ilk rəqibləri müəyyənləşib

Azərbaycan milli komandası EYOF-a möhtəşəm start verib

Seçilən
109
15
apasport.az

10Mənbələr