AZ

Prezidentin köməkçisi: Ermənistanın təzminat ödənişləri ilə bağlı məsələ ikitərəfli danışıqların gündəmi deyil

BAKI, 26 iyul. TELEQRAF

"Ermənistan tərəfdən mümkün təzminat ödənişləri ilə bağlı məsələ ikitərəfli danışıqların gündəmi deyil".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

"Buna baxmayaraq, Azərbaycan bütün dəymiş ziyanın düzgün qiymətləndirilməsini aparıb. Burada söhbət dövlət məsuliyyətindən gedir, çünki Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozub, 30 ildir Azərbaycana qarşı güc tətbiq edib, ərazilərimizi işğal edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini heç vaxt yerinə yetirməyib. İşğal zamanı Ermənistan Azərbaycanın şəhər və kəndlərini tamamilə dağıdıb. Ərazilərimiz işğaldan azad ediləndən bəri biz Birləşmiş Millətlər Təşkilatının istifadə etdiyi metodologiya əsasında hərtərəfli qiymətləndirmə aparmışıq. Bu hesablamalara görə, zərər təxminən 150 milyard dollar təşkil edir", - deyə o bildirib.

Seçilən
36
32
teleqraf.com

10Mənbələr