AZ

Hikmət Hacıyev alman nəşrinə müsahibə verdi

"Ermənistan tərəfinə təqdim edilən sülh sazişinin mətni artıq böyük ölçüdə razılaşdırılıb. Bu, çox yaxşı haldır. Ancaq hələ də atılmalı olan bəzi addımlar var".

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, hələ dəqiqləşdirilməli olan bəzi detallar var:

"Birincisi, Ermənistan Konstitusiyasında Azərbaycan ərazisinə iddialar var. Hər bir konstitusiya bir ölkənin daxili məsələsidir - əgər orada başqa bir ölkənin və ya başqa bir ölkənin konkret bölgəsinin adı yoxdursa. Biz bu sülh müqaviləsini təkcə Ermənistan hökuməti ilə deyil, həm də erməni xalqı ilə imzalamaq istəyirik.

Seçilən
0
1
publika.az

2Mənbələr